Bu şirkət Beynəlxalq Bankdan 10 milyon ABŞ dolları məbləğində kredit götürdü

14:40 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı «Anglo Asian Mining plc» şirkəti Azərbaycan Beynəlxalq Bankından (ABB) 10 milyon ABŞ dolları məbləğində kredit götürdüyünü elan edib.

Şirkətdən ABC.AZ-a daxil olan məlumatına görə, «Anglo Asian Mining plc» şirkətinin ABB-dən kredit xətti vardı. Amma Gədəbəydəki yataqlarda aparılan işlərin ətraf mühitə təsiri ilə bağlı «Micon» şirkətinin araşdırması zamanı kredit xətti dayandırılmışdı. İndi isə kredit xətti bərpa edilib.