Bu audit şirkəti ləğv edildi

10:15 - 9.10.2023


9 oktyabr, Fineko/abc.az. Azərbaycanda daha bir audit şirkəti ləğv edilib.

ABC.AZ xəbər verir ki, sözügedən şirkət “Kaspi-Audit” MMC-dir.

Şirkət artıq kreditorlara müraciət edərək iki ay ərzində tələblərini 1142 Bakı şəhəri, Nizami rayonu, Babək PR küçəsi, ev 38 A, mənzil 38 A ünvanına bildirə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, audit şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 60 manatdır və qanuni təmsilçisi Mikayıl Cəbrayılovdur.