Mikayıl Cabbarov Rəqabət Məcəlləsinin müsbət tərəflərindən DANIŞDI

14:56 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində əsas tənzimləyici çərçivə olacaq. Sənəd beynəlxalq praktika, elmi prinsiplər və mövcud iqtisadi şərait nəzərə alınmaqla hazırlanıb.

ABC.AZ xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir bildirib ki, məcəllə layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyllərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.