14:16 - 28.09.2023
28 sentyabr, Fineko/abc.az. Azərbaycanda zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqal fəaliyyət göstərir.
ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmisi Natiq Həsənov Bakıda keçirilən tədbirdə bildirib.
“Bu sahədə istehlakçı hüquqlarının kifayət qədər pozulduğunu müşahidə edirik. Hesab edirik ki, zərgərlik məhsullarının əyarlanması dövlət qeydiyyatı ilə olmalıdır. Bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirilmə işlərinin aparılmasına zəruri sayırıq”, – deyə o qeyd edib.
17 Avqust 2026
15 Avqust 2026