Azərbaycan 8 ayda plastmass ixracından 331 milyon dollar qazanıb

17:12 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. 2023-cü ilin 8 ayı ərzində  (yanvar-avqust) Azərbaycandan statistik dəyəri 331 milyon 244 min dollar olan 360 min 364 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmlər Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib.

Sözügedən xəbərdə bildirilib ki, 2022-ci ilin 8 ayı ilə müqayisədə plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 37.4% artıb, miqdar ifadəsilə 69.5% artıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 241 milyon 137 min dollar dəyərində 212 min 580 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.