Dünyanın ən böyük sənaye ölkələri məlum olub - SİYAHI

16:00 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Dünyanın tanınmış “World of Statistics” nəşri dünyanın ən böyük sənaye ölkələrinin statistikasını hazırlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, siyahıda birinci yeri dünyanın ən böyük sənaye ölkəsi olan Çin tutub.

İkinci yerdə ABŞ, üçüncü yerdə isə Yaponiya qərarlaşıb.

Siyahının ilk onluğunda isə növbəti yerləri sırası ilə Almaniya, Hindistan, Cənubi Koreya, İtaliya, Fransa,  Böyük Britaniya, İndoneziya tutub.