Neft bahalaşmaqda davam edir, Brent bir barel üçün $92,33 təşkil edir

09:35 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü ticarətdə yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:03-ə qədər $0,27 (0,29%) artaraq bir barel üçün $92,33-ə çatıb. Sentyabrın 12-də Brent markalı neftin noyabr fyuçersləri $1,42 (1,57%) artaraq bir barel üçün $92,06-a yüksəldi.

Saat 09:03-ə qədər Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,30 (0,34%) artaraq bir barel üçün $89,14-ə çatıb. 12 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $1,55 (1,78%) artaraq bir barel üçün $88,14-ə yüksəldi.