09:05 - 12.09.2023
11 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı keçirilən ticarətdə yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:03-ə qədər $0,39 (0,43%) artaraq bir barel üçün $91,03-ə çatıb. Sentyabrın 11-də Brent markalı neftin noyabr fyuçersləri $0,01 (0,01%) ucuzlaşaraq bir barel üçün $90,64- ə düşdü.
Saat 09:03-ə qədər Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,46 (0,53%) artaraq bir barel üçün $87,75-ə çatıb. 11 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,22 (0,25%) azalaraq bir barel üçün $87,29-a düşüb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026