12:00 - 29.08.2026
29 avqust, Fineko/abc.az. Avropanın ən böyük avtomobil istehsalçısı "Volkswagen"in Müşahidə Şurası sentyabrın 4-də rəhbərliyin təqdim etdiyi böyük yenidənqurma planını müzakirə etmək və səsə qoymaq üçün toplanacaq.
Rəhbərlik ixtisarları iki dəfə artırmaq, zavodları bağlamaq və bəzi bölmələri ayırmaq istəyir. Lakin Şurada səs çoxluğuna (12 yer) malik işçi nümayəndələri və Aşağı Saksoniya torpağı rəhbərliyin planına qarşı çıxır.
Əgər plan sentyabrın 4-də yenidən rədd edilərsə, rəhbərlik oktyabr ayında növbədənkənar səhmdarlar iclası çağıraraq strategiyanı birbaşa investorların səsverməsinə çıxara bilər. Səhmdarlar iclasında Aşağı Saksoniya 20% səs hüququna malikdir, qalan 80% isə "Porsche SE", Qətər və digər investorların əlindədir. Şirkətin rəhbərliyi Almaniyanın "Səhmdar Cəmiyyətləri haqqında Qanunu"nun 111-ci maddəsinə əsaslanaraq 75%-lik səs çoxluğu ilə qərarı qəbul etdirməyi və müqaviməti dəf etməyi planlaşdırır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026