09:00 - 29.08.2026
29 avqust, Fineko/abc.az. Rusiyanın "Gazprom" şirkəti cari ilin birinci yarısında mənfəətinin 12 faiz azaldığını açıqlayıb.
Şirkətin məlumatına görə, ölkədaxili tədarükün və Çinə ixracın artması hesabına bu il əsas gəlirlərdə 6-7 faizlik artım gözlənilir. Satışların böyük hissəsinin xarici valyutada həyata keçirilməsi səbəbindən rublun möhkəmlənməsi maliyyə göstəricilərinin rubl ifadəsində zəifləməsinə gətirib çıxarıb.
Qeyd edək ki, Avropa bazarının ən böyük təbii qaz tədarükçüsü olan "Gazprom" 2022-ci ildən başlayan Rusiya-Ukrayna müharibəsi və Qərblə dərinləşən iqtisadi-siyasi ziddiyyətlər səbəbindən Avropadakı müştərilərinin böyük hissəsini itirib.
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026