13:00 - 29.08.2026
29 avqust, Fineko/abc.az. Xam şəkərin fyuçers qiymətləri Avropada istehsal gözləntilərinin pisləşməsi fonunda ardıcıl dördüncü həftədir ki, bahalaşmaqdadır. Bununla da, mart ayından bu yana qiymətlərdə en uzun yüksəliş seriyası qeydə alınıb.
Təklifin azalacağı gözləntiləri ilə xam şəkərin qiyməti son dörd həftədə təxminən 25% artıb. Avropa İttifaqının Şəkər Bazarı Müşahidə Qrupunun 2026-2027-ci illər mövsümü üzrə ilk proqnozlarına əsasən, Aİ-də şəkər istehsalının 19% azalacağı gözlənilir. Qitənin aparıcı şəkər istehsalçılarından biri olan "Tereos" şirkəti də gələn ilki məhsul yığımının son 38 ilin ən aşağı göstəricilərindən birinə düşəcəyini açıqlayıb.
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistanın oktyabrın 31-dək 1 milyon tona qədər şəkəri rüsumsuz idxal etmək haqqında verdiyi qərar da son həftələrdə qiymətlərə dəstək göstərən əsas amillərdən biri olub.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026