"Citi": Neftin ucuzlaşması və əmək bazarındakı zəifləmə dollara təzyiq göstərəcək

17:14 - 28.08.2026


28 avqust, Fineko/abc.az. "Citigroup" strateqlərinin təhlilinə görə, neft qiymətlərindəki geriləmə və ABŞ-ın əmək bazarındakı zəifləmə dollar üzərində təzyiq yaradacaq, lakin uzunmüddətli istiqraz gəlirliliyinə müsbət təsir göstərəcək.

Banka analitikləri ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliyindəki son artımın büdcə kəsiri və ya inflyasiya gözləntilərindən ziyədə, real gəlirlilik və enerji qiymətləri ilə bağlı olduğunu bildirirlər. "Citi" bu fon qarşısında avro, qızıl və yüksək gəlirli inkişaf etməkdə olan ölkələrin valyutaları qarşısında dollarda qısa mövqelərini qoruyur.

Bank strateqləri, həmçinin 2 noyabr borclanma elanı və 3 noyabr ara seçkiləri ərəfəsində maliyyə siyasətində kəskin addımların atılacağını gözləmirlər.