17:26 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12,0 (on iki) milyon manat ayrılıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026