15:25 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayı dərc olunub.
ABC.AZ-ın məlumatına görə, həmin sayda cari ilin ilk 8 ayı ərzində elektrik enerjisinin 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracının 3,8 dəfə, qara metal məmulatlarının ixracının 36,6%, şəkər ixracının 17,9%, meyvə-tərəvəz ixracının isə 7,4% artdığı vurğulanıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.
Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026