11:04 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Çində avqust ayında bir il əvvəllə müqayisədə idxal 7,3 faiz azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, iqtisadçılar ixracın 9,2-10 faiz, idxalın isə 9,0-9,7 faiz azalacağını gözləyirdilər.
Aprel ayından etibarən Çin mallarına qlobal tələbat zəiflədiyi üçün ixrac ilbəil azalıb.
Çinin pandemiyadan iqtisadi bərpası son bir neçə ayda daşınmaz əmlak bazarındakı çöküş və ləng istehlak xərcləri səbəbindən yavaşladı.
Avqustda Çinin ticarət profisiti 68,36 milyard dollar olub, gözlənilən 73,8 milyard dollardan aşağı olub. İyulda ticarətin müsbət saldosu 80,6 milyard dollar təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026