Avro zonasında pərakəndə satışlar azalıb

15:40 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, Aİ-də pərakəndə satışlar iyulda əvvəlki ayla müqayisədə 0,3 %, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,2 % azalıb.

Avro bölgəsində pərakəndə satışlar iyulda iyun ayına nisbətən 0,2%, əvvəlki ilin eyni dövrünə görə isə 1% azalıb. Anketlərə görə aylıq 0,2%, illik isə  1,2% azalma gözlənilirdi.

AB ölkələri arasında pərakəndə satışlarda bir əvvəlki aya nisbətən ən yüksək azalma  2,3% ilə Danimarka və İrlandiyada, 1,4% ilə Hollandiyada və 1,3% ilə Lüksemburqda müəyyən edilib.

İllik əsasda pərakəndə satış Sloveniyada 16,3%, Estoniyada 8,6 %, Macarıstanda isə 7,6 % azalıb.