17:33 - 4.09.2023
4 sentyabr, Fineko/abc.az. Almaniyanın iyul ayı üçün xarici ticarət məlumatları açıqlanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Almaniyanın ixracatı qlobal iqtisadiyyatdakı tənəzzül səbəbi ilə iyul ayında aylıq 0,9% azalaraq 130,4 milyard avroya geriləyib.
İyulda idxal 1,4% artaraq 114,5 milyard avroya çatıb.
2022-ci ilin iyul ayı ilə müqayisədə ixrac 1%, idxal isə 10,2% azalıb.
17 Avqust 2026
15 Avqust 2026