“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın dəyəri azalıb

17:21 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $129,4 milyon məbləğində ixrac həyata keçirilib.

2022-ci ilin yanvar-iyul aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın dəyəri $165,2 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə bu göstərici 21,7% azalıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, yanvar ayında bu göstərici $9,8 milyon, fevralda $13,6 milyon, martda $17,5 milyon, apreldə $24,6 milyon, mayda $9,7 milyon, iyunda $16,9 milyon, iyulda $22,6 milyon, avqustda $14,7 milyon təşkil edib.

2022-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac həyata keçirilib (2021-ci illə müqayisədə artım 14,7%).

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.