15:41 - 1.09.2023
1 sentyabr, Fineko/abc.az. 2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat "İxrac İcmalı"nın avqust sayında dərc olunub.
Sözügedən sayda qeyd olunub ki, 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (89,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü olub.
17 Avqust 2026
15 Avqust 2026