Ən pis iPhone modelləri açıqlanıb - Siyahı

12:14 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. “Apple” tarixində istehsal etdiyi ən pis iPhone modelləri açıqlanıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, birinci sıranı iPhone 8 tutub.

Əslində, bu, yaxşı modeldir, lakin mütəxəssislərə görə, “yanlış vaxtda” buraxılıb.

Qeyd edək ki, iPhone 8 ilə və iPhone X eyni vaxtda təqdim edilib. Beləliklə, iPhone 8 modeli iPhone X-in müasir dizaynı və akkumulyator tutumu ilə rəqabət apara bilməyib.

İkinci sırada “Dynamic Island” texnologiyasını almayan iPhone 14 qərarlaşıb. Model texniki olaraq iPhone 13-dən heç nə ilə fərqlənmir.

Üçüncü yeri iPhone 6s-in “içliyini” və iPhone 5s-in korpusunu alan 2016-cı il istehsalı iPhone SE tutur. Modelin əsas mənfi cəhətlərinə köhnəlmiş 4 düymlük ekran və az tutumlu batareya daxildir.

Ən pis iPhone-lar reytinqində dördüncü və beşinci yerləri iPhone SE 2022 və iPhone 4 tutub.

Birinci rəqiblərindən heç nə ilə fərqlənmir, lakin qiymət baxımından qat-qat bahadır. İkinci isə uğursuz dizayn edilib və istifadəçi cihazı əlinə götürən zaman qəfil şəbəkədən ayrılır.