Son 7 ayda ən çox ixrac həyata keçirən şirkətlər - Siyahı

11:46 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. “İxrac icmalı”nın avqust sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Mega Fruit Az” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC gəlir.

Müəllif: Elmir Murad