Azərbaycanın aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracının statistik dəyəri artıb ya azalıb?

10:55 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artıb.

ABC.AZ xəbər verir ki, bu “İxrac icmalı”nın avqust sayında dərc olunub.

Sözügedən sayda qeyd olunub ki, artımdan sonra ixracın dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.