İxrac olunan mallara 41 mindən çox - Mənşə sertifikatı verilib

16:43 - 31.08.2023


31 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 41 155 ədəd mənşə sertifikatı verilib.

Xidmətdən ABC.AZ-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə bu göstərici 23,4 faiz artıb.