17:03 - 30.08.2023
30 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Yaponiyanın ticarət dövriyyəsi 244 milyon 366 min dollar təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda qeyd edilib. Bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56.3% və ya 88 milyon dollar çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Yaponiyaya ixracın həcmi 0.5% azalaraq 9 milyon 792 min dollar, Yaponiyadan ölkəyə ixracın həcmi isə 60% artaraq 234 milyon 574 min dolar təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026