Azərbaycan toyuq filesinin ucuz olduğu ölkələr arasında Avropada dördüncüdür

11:26 - 30.08.2023


30 avqust, Fineko/abc.az. Avopada toyuq filesinin qiyməti ən ucuz olan  ölkələr arasında Azərbaycan dördüncü yerdə qərarlaşıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, ağıllı alış-veriş platforması olan “Picodi.com”un hazırladığı reytinqdə öz əksini tapıb.

Məlumata görə, hazırda 1 kq toyuq filesinin ən aşağı qiyməti Türkiyədə (3,64 ABŞ dolları), Rusiyada (3,68 ABŞ dolları), Ukraynada (3,95 ABŞ dolları), Azərbaycanda (4,34 ABŞ dolları) və Belarusda (4,39 ABŞ dolları), ən yüksək qiyməti isə İsveçrədə (27,62 ABŞ dolları), İslandiyada (17,98 ABŞ dolları) və Norveçdə (13,31 ABŞ dolları) qeydə alınıb.