10:29 - 30.08.2023
30 avqust, Fineko/abc.az. “Apple” nəhayət maraqla gözlənilən “iPhone 15” seriyası üçün bir tarix verdi.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 15” seriyası və digər məhsulların tanıtılacağı ‘Wonderlust’ tədbiri 12 sentyabrda keçiriləcək. Tədbir keçən il olduğu “Apple Park” şəhərciyindəki Stiv Cobs Teatrında baş tutacaq.
Tədbirdə “Apple Watch Series 9” smart saatları, “Apple Watch Ultra 2” smart saat modeli də təqdim olunacaq.
“Apple”in ilk dəfə olaraq “iPhone”da şarj standartını dəyişəcəyi gözlənilir. Çünki AB qaydalarına əməl etməli olan şirkət “iPhone 15” seriyası ilə “Type-C” şarj standartına keçəcək.
17 Avqust 2026
15 Avqust 2026