Bu il ən çox satılan smartfonlar - Siyahı

10:43 - 29.08.2023


29 avqust, Fineko/abc.az. “Omdia” analitik şirkəti bu ilin birinci yarısında ən populyar smartfonların satışına dair məlumatları dərc edib.

ABC.AZ xəbər verir ki, sözügedən sıralamada birinci yeri 26,5 milyon smartfon satışı ilə “iPhone 14 Pro Max” tutub. Reytinqdə ikinci yeri 21 milyon ədəd satışı ilə onun kiçik versiyası olan “iPhone 14 Pro” smartfonu tutur.

Hazırkı aktual istehsal xəttinin standart modeli olan “iPhone 14” 16,5 milyon ədəd satılıb. Ötənilki “iPhone 13” smartfonu isə 15,5 milyon ədəd satılaraq dördüncü yerdə qərarlaşıb.