Naxçıvanda iki şirkət birləşir

14:59 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Naxçıvanda iki şirkət birləşir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Saat Meydanı” MMC “Nəqşicahan Group Şirkətlər İttifaqı” MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunubvə həmin şirkətin hüquqi varisidir.

Qeyd edək ki, “Saat Meydanı” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Rifat Mahmudovdur.