Masallıda avtomobil yollarının tikintisinə 14,6 mln.  manat ayrıldı

14:06 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Masallı rayonunun avtomobil yollarının tikintisi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki,  Sərəncama əsasən,  51 min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon  manat ayrıldı.