Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq 

16:56 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

ABC.AZ  xəbər verir ki, bu barədə, Prezident İlham Əliyevin "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Belə ki, dəyişikliklə bundan sonra dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək.
Qeyd edək ki, dövlət reyestri Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.