"Twitter" loqosunu dəyişir

10:03 - 24.07.2023


24 iyul, Fineko/abc.az. Twitter sosial şəbəkəsi öz loqosunu dəyişir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask özünün səhifəsində yazıb.

O bildirib ki, tezliklə Twitter brendi ilə və tədricən bütün "quşlarla" vidalaşacağıq. Əgər bu axşam kifayət qədər yaxşı X loqosu dərc olunarsa, o, sabaha qədər bütün dünyada təqdim olunacaq.

O, həmçinin gələcək "X" formalı Twitter dizaynını da dərc edib. Lakin bu, son versiya deyil.