9 sığorta vasitəçisinin lisenziyaları ləğv edilib

10:44 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Mərkəzi Bank 8-i fiziki şəxs və 1-i hüquqi şəxs (“Otokoç Azərbaycan” MMC) olmaqla 9 sığorta agentinə sığorta vasitəçisi fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyulun 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.