“YouTube” daha bir funksiyanı sınaqdan keçirir

10:40 - 10.07.2023


10 iyul, Fineko/abc.az. “YouTube” daha bir funksiyanı sınaqdan keçirir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sınaqdan keçirilən funksiya istifadəçilərin təsadüfən ekrana toxunmasının qarşısını alacaq.

“YouTube”un açıqlamasına görə, yeni funksiya videolara baxarkən toxunma ilə daxiletməni söndürür. Xüsusiyyətdən istifadə etmək üçün yuxarı sol küncdəki dişli çarxı, sonra ekran kilidi seçiminə toxunmaq kifayət edəcək.

Bildirilib ki, “YouTube”un yeni funksiyası hazırda beta mərhələsindədir və yalnız “YouTube Premium” abunəçiləri üçün əlçatandır. 

Müəllif: Elmir Murad