Manatla pul kütləsi 44,4 milyard manata çatıb

12:16 - 25.09.2026


25 Sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı cari ilin avqust ayı üzrə pul göstəriciləri və bank sektorunun xarici öhdəliklərinə dair statistik məlumatları açıqlayıb.

Hesabata əsasən, cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10% artaraq 44 milyard 416,6 milyon manat təşkil edib.

Açıqlanan göstəricilərə görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 330 milyon manat artaraq 3 milyard 591,8 milyon manat olub. Xarici öhdəliklərdə müşahid olunan bu dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb edilmiş qısamüddətli kreditlərin həcmindəki artımla əlaqələndirilir.