Tailand-Azərbaycan birgə şirkəti yaradılır - Müəssisə inşa ediləcək

17:26 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Pirallahı Sənaye Parkında yeni rezident - "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, bununla Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.

Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.

İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.