Bayramla əlaqədar bütün hotellər bron edilib - VİDEO

10:20 - 21.06.2023


21 iyun, Fineko/abc.az. Bayramla  əlaqədar olaraq artıq turizm bölgələrində hotellərdə yerlərin  80-90 faizi artıq bron edilib.

ABC.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, tələbatın çox olması qiymətlərə də təsir edib.

Hotellərdə qalmaq istəməyənlər isə fərdi  evlərə üz tutur. Ev sahibləri isə mənzillərini şəraitinə uyğun fərqli qiymətlərə təklif edirlər.

Hətta ölkə daxili turlarla bərabər xaricə də üz tutanlar kifayət qədərdir. Elə tələbatın çox olması aviabiletlərin qiymətinə də təsirsiz ötüşməyib.

Qeyd edək ki, yerli turistlərlə bərabər xaricdən də ölkəmizə bu günlərdə gələn turistlərin sayında artım var.