11:25 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 935,754 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 409,217 milyon ABŞ dolları və ya 77,7 % çoxdur.
Bu ilin ilk beş ayı ərzində Neft Fonduna daxil olan vəsaitlərin 197,763 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 5 aylıq dövrü ilə müqayisədə 53,241 milyon ABŞ dolları və ya 36,8 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-may aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 935,754 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 144,522 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026