10:31 - 28.06.2018
28 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 2,7 (3,54%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,95 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, 27 iyun tarixli ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 26-da – 70,53 dollar) 2,23 dollar (3,16%) yüksələrək 72,76 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 27 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (26 iyun – 76,31 dollar) 1,31 dollar (1,72%) bahalaşaraq bir barelə 77,62 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi azalır və 27 iyun tarixli ticarətin nəticələrinə əsasən 4,86 dollar / barelə təşkil edir.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026