14:32 - 11.05.2023
11 may, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% az sənaye məhsulu istehsal edilib.
Neft-qaz sektorunda məhsul istehsalı 3,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,1% artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8% azalmış, əmtəəlik qaz hasilatı isə 1,9% artıb.
29 Avqust 2026
29 Avqust 2026
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026