21:56 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. 2026-cı il sentyabrın 27-də İsveçrədə ölkənin "əbədi və silahlı neytrallıq" prinsipinin Konstitusiyada sərt şəkildə möhkəmləndirilməsini nəzərdə tutan ümumxalq referandumu keçiriləcək.
"Neytrallıq Təşəbbüsü" (Neutrality Initiative) adı altında təqdim olunan sənəd layihəsi hərbi münaqişələrdə iştirak edən dövlətlərə qarşı həm birtərəfli, həm də kollektiv sanksiyaların (Avropa İttifaqının sanksiyaları daxil olmaqla) tətbiqindən tam imtinanı tələb edir. Yeganə istisna BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalar və sanksiyalardan yayınmanın qarşısını alan tədbirlər ola bilər.
İsveçrə Xarici İşlər Nazirliyindən təsdiq olunub ki, təşəbbüs vətəndaşlar tərəfindən qəbul ediləcəyi təqdirdə, Bern 2022-ci ildən bəri Rusiyaya qarşı tətbiq etdiyi mövcud sanksiya paketlərini ləğv etmək məcburiyyətində qalacaq. BMT TŞ-də Rusiyanın veto hüququ olduğuna görə, Moskvaya qarşı BMT xətti ilə sanksiyanın qəbulu praktiki olaraq qeyri-mümkündür. Şveytsariya Federal Şurası və Parlamenti isə neytrallığın bu cür sərtləşdirilməsinə qarşı çıxaraq seçiciləri "Xeyr" deməyə çağırır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026