İslandiya Aİ ilə danışıqları bərpa etməkdən imtina etdi — Ölkədə referendum keçirildi

21:59 - 31.08.2026


31 Avqust, Fineko/abc.az. İslandiyada keçirilən ümumxalq referendumunda ölkə vətəndaşları Avropa İttifaqına (Aİ) üzvlük üzrə danışıqların bərpa olunması təklifini rədd ediblər.

Seçicilərin 52.8%-i Aİ ilə danışıqların əleyhinə, 47.2%-i isə lehinə səs verib. Müşahidəçilərin fikrincə, İslandiya kimi sabit büdcəyə və güclü sosial-iqtisadi sistemə malik ölkələrin sakinləri öz milli suverenliklərini, xüsusən balıqçılıq kvotaları və daxili resurslar üzərində nəzarəti saxlayaraq Avropa İqtisadi Zonası (EEA) çərçivəsində əməkdaşlığa üstünlük verirlər.

İslandiya Baş naziri Kristrun Frostadottir səsvermənin nəticələrinə hörmətlə yanaşdıqlarını və hökumətin yaxın gələcəkdə bu məsələni yenidən gündəmə gətirməyəcəyini bəyan edib.