21:40 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) potensial çıxışı ölkənin yerli istehsalçıları üçün ciddi iqtisadi nəticələr doğura bilər. Rəsmi statistika göstərir ki, əsas ixrac zərbəsi spirtli içkilər, təzə kəsilmiş güllər və balıqçılıq sektorunun üzərinə düşəcək.
Statistik göstəricilərə əsasən, Ermənistanın tünd spirtli içki ixracının 86%-i, kəsilmiş güllərin 88%-i və balıq məhsullarının 98%-i məhz Rusiya bazarının payına düşür. İttifaqdan çıxış baş verəcəyi təqdirdə, erməni istehsalçıları özlərinin ən böyük və əsas satışı bazarında gömrük güzəştlərindən və sadələşdirilmiş idxal rejimindən tamamilə məhrum olacaqlar.
Ekspertlər bildirirlər ki, digər alternativ bazarlara sürətli inteqrasiya imkanlarının məhdud olması səbəbindən bu sahələrdə fəaliyyət göstərən sahibkarlar kəskin maliyyə itkiləri və istehsalın dayandırılması riski ilə üz-üzə qalacaqlar.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026