21:48 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. Almaniya sakinlərinin təxminən üçdə ikisi ABŞ-da baş verən hadisələrin Almaniya Federativ Respublikasına (AFR) təsirinin bir neçə il əvvəllə müqayisədə daha da artdığı qənaətindədir.
"Internationale Politik" jurnalının sifarişi ilə "Forsa" sosioloji xidməti tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 67%-i ABŞ-ın təsirinin gücləndiyini bildirib. Rəyi soruşulanların 18%-i heç bir dəyişiklik hiss etmədiyini, 11%-i isə təsirin azaldığını qeyd edib.
Donald Trampın ikinci prezidentlik müddətində Amerika siyasətinin təsirinin artması demək olar ki, bütün sosial və seçici qrupları tərəfindən vurğulanır. Bu tendensiya Almaniyanın şərqində daha qabarıq görünür — 78% (qərbdə isə 65%). 60 yaşdan yuxarı vətəndaşların 18%-i ABŞ-ın təsirinin azaldığını düşündüyü halda, 18-29 yaşlı gənclər arasında bu göstərici cəmi 2% təşkil edib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026