21:53 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. 2025-ci ilin yekunlarına görə dünyada milyarderlərin sayı 8.2% artaraq 3 795 nəfərə çatıb və tarixi rekord vurub.
"Altrata" tədqiqat şirkətinin illik "Billionaire Census 2026" hesabatına əsasən, bu kateqoriyadan olan şəxslərin ümumi sərvəti 12.8% artaraq 15.1 trilyon dollara yüksəlib. Bu məbləğ ABŞ-ın "S&P 500" indeksinin ümumi kapitalizasiyasının təxminən dörddə birinə bərabərdir.
Milyarderlərin sayındakı bu artım son 5 ilin en yüksək göstəricisi kimi qeydə alınıb. Ümumilikdə isə son onillikdə qlobal milyarderlərin sayı təxminən 60% artıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026