10:24 - 5.05.2023
5 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, keçmiş əmək və sosial müdafiə naziri Fuzuli Ələkbərov Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni metal istehsalı müəssisəsi inşa etdirir.
ABC.AZ-ın məlumatına görə, yeni müəssisəsnin mayın 4-də təməli qoyulub. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq.
Qeyd edək ki, müəssisənin istehsal edəcəyi məhsullar bilavasitə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün də istifadə edilə bilər.
Müəssisəyə ayrılan 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə reallaşdırılacaq. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.
İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır.
10 Avqust 2026