Daşınmaz əmlakın sığortalanması ilə bağlı sistem yaxın gələcəkdə işə düşəcək

10:08 - 4.05.2023


4 may, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək.

ABC.AZ xəbər verir ki, yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda icbari sığortalar sahəsində ən çox gerilik və boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır.

İndiyədək bu istiqamət sığorta bazarının genişləndirilməsi baxımından vacib sayılırdı, amma fevralın 6-da Türkiyədə baş verən zəlzələ və onun ağır nəticələri, xüsusilə də dağılan evlərin böyük hissəsinin sığortalı olmadığına görə ödəniş almaması riski hökuməti bu sahədə işləri sürətləndrməyə vadar edib.