16:57 - 2.05.2023
2 may, Fineko/abc.az. Bu yaxınlarda podcast funksiyasını istifadəyə verən YouTube Music, daha bir yeniliyi tətbiq edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, YouTube Music istifadəçilərin uzun müddətdir gözlədiyi yuxu taymeri funksiyasını işə salıb.
Yuxu taymeri ilə yuxuya getməzdən əvvəl açılan musiqi seçilmiş vaxtın sonunda avtomatik olaraq dayanacaq.
ABŞ-da istifadəyə verilməyə başlayan YouTube Music-in yeni xüsusiyyəti olan yuxu taymeri ilə 5, 15, 30 dəqiqə, 1 saat və trekin sonu seçimlərindən birini seçməklə taymer təyin edilə bilər.
10 Avqust 2026
10 Avqust 2026