16:03 - 20.04.2023
20 aprel, Fineko/abc.az. Xəbər verildiyi kimi, Azərbaycanın kosmosdakı “Azersky” peyki ilə əlaqə kəsilib, peyk fəaliyyətini dayandırıb.
“Azərkosmos”dan ABC.AZ-a verilən məlumata görə, “Azersky sığortalanıb və peykin fəaliyyətinin vaxtından əvvəl başa çatması sığorta hadisəsi sayılır və buna görə sığorta ödənişi ediləcək. “Azersky” peyki də 45 milyon manat məbləğində sığortalanıb. Artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Qeyd edək ki, “Azərsky” peyki “Paşa Sığorta” şirkətində sığortalanıb. 2023-cü ilin yanvarında keçirilən tenderin qalibi olan “Paşa Sığorta” 518 min manat sığoğrta haqqı müqabilində “Azərsky” peykini 45 milyon manata sığortalayıb. Baş verən hadisəyə görə sığorta ödənişini də sözügedən şirkət ödəyəcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026