Bakıda yeni yerüstü piyada keçidinin inşasına başlanılıb

12:09 - 13.04.2023


13 aprel, Fineko/abc.az. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni yerüstü piyada keçidi inşa edilir.

ABC.AZ  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, piyada keçidi M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci kilometrində tikilir. Layihə üzrə keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir. 

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.