“Elektroenergetika haqqında” yeni qanun qəbul olundu

12:02 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Milli Məclisin plenar iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

ABC.AZ xəbər verir ki, layihə energetika sahəsində rəqabətli mühit yaradacaq.

Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.

Elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, bazar operatoru, techizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılardır.

Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycanın ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.